Qol.Az

"Kəpəz" məşqlərə başlayır

[04.07.2017]
"Kəpəz" məşqlərə başlayır “Kəpəz” yeni mövsümün hazırlığına iyulun 5-də start verəcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “sarı-göylər” Bakıda məşqlərə başlayacaq.
İlk məşq sabah saat 11:00-a təyin olunub. Komanda üzvləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bir araya gələcək.

Qeyd edək ki, Bakıdakı hazırlıq müddətində “Kəpəz” iki yoxlama oyunu keçirəcək. İyulun 8-də keçiriləcək matçda Gəncə klubunun rəqibi həvəskarlar liqasının iştirakçısı “Bakı” olacaq. İyulun 12-də isə “Kəpəz” elita təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.