Qol.Az

"Qəbələ"nin start heyəti

[04.07.2017]
"Qəbələ"nin start heyəti

Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün Kiyev "Dinamo"su ilə hazırlıq matçına çıxacaq.

Qol.az-ın  klubun rəsmi feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar"ın start heyəti bəlli olub.

Roman Qriqorçuk  aşağıda adları qeyd olunan futbolçulara ilk “11-lik”də şans verəcək:

Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, İlqar Qurbanov, Cavid Hüseynov, Filip Ozobiç, Endi Hallidey, Araz Abdullayev, Xavyer Ernandes, Stiven Jozef-Monroz.
 
Qeyd edək ki, "Qəbələ" - "Dinamo" görüşü Bakı vaxt ilə saat 20:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.