Qol.Az

“Qəbələ” üçün daha bir rəqib

[04.07.2017]
“Qəbələ” üçün daha bir rəqib

“Qəbələ”nin Avstriya toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi daha bir komandanın adı məlum olub.

Qol.az-ın xəbərinə görə, “qırmızı-qaralar” Hollandiyanın “Utrext” klubu ilə qarşılaşacaq. Bu barədə xəbəri Erediviziya təmsilçisinin rəsmi saytı yayıb.

Qeyd edək ki, Roman Qriqorçukun komandası hazırlıqların ikinci mərhələsində Avstriyanın “Qrodiq” komandasına 7:0 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşma isə bu gün Kiyev “Dinamo”su ilə olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.