Qol.Az

Millimizi futbolçusu klubu ilə müqaviləni ləğv etdi

[04.07.2017]
Millimizi futbolçusu klubu ilə müqaviləni ləğv etdi

Milli komandamızın futbolçusu Pavel Paşayev Ukrayna “Stal”ı ilə müqaviləni ləğv edib.

Qol.az-ın “Sport-ekspress Ukrayna” qəzetinə istinadən yaydığı xəbərə görə, buna klubun futbolçuya olan borcunu ödəməməsi səbəb olub. Paşayevlə yanaşı daha bir neçə oyunçu da komandanı tərk edib.

Müqavilə qarşılıqlı şəkildə ləğv edilib və P.Paşayev azad agent statusu qazanıb. Onun karyerasını Azərbaycanda davam etdirəcəyi ehtimal olunur.

Qeyd edək ki, maliyyə böhranı içində olan “Stal”ı yeni mövsümdən Ukrayna Premyer Liqasına buraxılmayacağı bildirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.