Qol.Az

Bir "Borussiya"dan o biri "Borussiya"ya

[04.07.2017]
Bir "Borussiya"dan o biri "Borussiya"ya

Dortmund "Borussiya"sının futbolçusu Mattias Qinter Münhenqladbax "Borussiya"sına transfer olunub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri və müddəti barədə məlumat verilməyib.

M.Qinter yeni klubunda 28 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Almaniya mətbuatı bu transferin Münhenqladbax klubuna 17 milyon avroya başa gəldiyini yazıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.