Qol.Az

“İnter” biletlərə vahid qiymət tətbiq etdi

[04.07.2017]
“İnter” biletlərə vahid qiymət tətbiq etdi

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "İnter” – "Mladost” (Serbiya) oyunu üçün bilet satışına başlanılıb.

Qol.az-ın Bakı klubunun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, biletləri saat 09.00-dan 18.00-dək "İnter Arena” və "Dalğa Arena” stadionlarının təhlükəsizlik yoxlanışı məntəqələrinə yaxınlaşaraq əldə etmək olar.
 
Paytaxt klubu bilet satışı üçün vahid qiymət tətbiq edib - 2 manat.

Qeyd edək ki,  iyulun 6-da "Dalğa Arena”da keçiriləcək cavab qarşılaşması saat 21:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.