Qol.Az

Sisse 35 yaşında futbola qayıtdı

[04.07.2017]
Sisse 35 yaşında futbola qayıtdı

Fransa millisinin sabiq hücumçusu Djibril Sisse yenidən futbola qayıdıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 35 yaşlı oyunçu yeni mövsüm İsveçrənin üçüncü divizionunda çıxış edən "İverdon Sport"da oynayacaq.

Məlumatı C.Sisse özünün "Tvitter" səhifəsində təsdiqləyib.

Qeyd edək ki, C.Sisse bu ilin fevralında futbolçu karyerasını başa vurduğunu və şərhçi işləcəyini açıqlamışdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.