Qol.Az

"Qəbələ" Kiyev "Dinamo"suna uduzdu

[04.07.2017]
"Qəbələ" Kiyev "Dinamo"suna uduzdu

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışın davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, "qırmızı qaralar" son Ukrayna çempionatının ikincisi Kiyev “Dinamo”su ilə qarşılaşıb. Oyun Ukrayna klubunun qələbəsi ilə başa çatıb - 2:1.

Bu, “Qəbələ”nin Avstriyada 7-ci yoxlama görüşüdür. Komanda buna qədər “Fulpmes” (Avstriya – 8:0) və “Qrodiq” (Avstriya – 7:0) üzərində böyük hesablı qələbə qazanıb, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və “Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.

4 iyul

Yoxlama oyunu

20:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:2
Qollar:
Xliobas, 13 (0:1), 56 (0:2), Elvin Məmmədov, 85 (1:2)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.