Qol.Az

Toni Adams La Liqa klubunun baş məşqçisi oldu

[10.04.2017]
Toni Adams La Liqa klubunun baş məşqçisi oldu

La Liqa təmsilçisi "Qranada"da baş məşqçi dəyişikliyi gerçəkləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın La Liqada
uğursuz çıxışı səbəbindən Lukas Alkarazı istefaya göndərilib. Boş qalmış baş məşqçi vəzifəsinə "Qəbələ"nin sabiq çalışdırıcısı Toni Adams təyin edilib.

O, mövsümün sonuna kimi komandanı çalışdıracaq.

Qeyd edək ki, T.Adams bundan əvvəl "Qranada"nın idman direktoru idi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.