Qol.Az

"Zirə" ötən ildən avrokuboklarda oynamağa hazırdı" - Ayxan Abbasov

[10.04.2017]
"Zirə" ötən ildən avrokuboklarda oynamağa hazırdı" - <b style="color:red"> Ayxan Abbasov</b>

Topaz Premyer Liqasının XXV turunda evdə “İnter”lə bərabərə qalan (1:1) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın xəbərinə görə, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

- Bürünc medalı təmin etdiklərinə görə “İnter”i təbrik edirəm. “İnter”lə oyunlarımız həmişə gərgin keçir. Bundan öncəki 3 oyunda da bu komandayla bərabərə qalmışdıq. Oyuna pis başladıq. Erkən qol buraxdıq. Ancaq sonradan toparlana bildik. Yüzfaizli qol epizodlarımız olsa da, yararlana bilmədik. Bundan sonra hər xal qızıla bərabərdi. Ümid edirəm ki, gələn oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq.

- Krneta və Sanqarenin vəziyyəti necədi?

- Krneta oyunöncəsi isinmə hərəkətlərində ayağında ağrı hiss etdi. Buna görə, risk edib oynatmadıq. Onun mövqeyində şans verdiyim Lorenso da yaxşı təsir bağışladı. Şemonayevə də fərqli mövqedə şans verdim. Lakin o da özünü yaxşı tərəfdən göstərdi. Sanqarenin zədəsi elə ciddi deyil.

- UEFA növbəti mövsümdə avrkuboklarda iştirak etməyinizə icazə verdi...

- Buna əvvəlcədən hazırlaşırdıq. UEFA-nın tələblərini mövsümün əvvəlindən yerinə yetirməyə başlamışdıq. Əslində, elə ötən mövsümdən hazır idik. Klubumuz UEFA-nın bütün tələblərinə cavab vermək üçün hər şeyi edib. Ümid edirəm ki, avrokuboklara vəsiqə qazana biləcəyik.

- Bu gün baş tutacaq AZAL - “Sumqayıt” oyununda yəqin ki, AZAL-a azarkeşlik edəcəksiniz?

- Həmin oyuna baxa bilməyəcəm. Lakin köməkçilərim həmin matçı izləyəcək. Ancaq həmin oyunda hansısa komandaya azarkeşlik etməyi düzgün hesab etmirəm. Düzgün deyil. Əsasən, qarşıdakı oyunlarımız barədə düşünürük(Sport24.az).


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.