Qol.Az

"İnter"də qalmaq istəyirəm" - Svanadze

[10.04.2017]
"İnter"də qalmaq istəyirəm" -<b style="color:red">  Svanadze </b> "Komandamızı təbrik edirəm. Bizə dəstək olan hamıya, çətin vəziyyətdə köməyini əsirgəməyən AFFA-ya təşəkkür edirəm. Bizim üçün böyük nailiyyətdir. Həmişə yanımızda olan azarkeşlərimizi də təbrik edirəm".

Qol.az-ın xəbərinə görə, bu sözləri "İnter"in baş məqşçisi Zaur Svanade "Zirə" ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis komandadakı gələcək taleyi haqda sualı da cavablandırıb: "Konkret bir şey deyə bilmərəm. Ancaq bu komandada qalıb işimi davam etdirmək istəyirəm".

"İnter" mövsümün sonuna 3 tur qalmış ən azı bürünc medalı özü üçün təmin edib. Svanadze çətin durumda komandanı bu yerə gətirməsi barədə də fikir bildirib: "Bizdə yaxşı futbolçular cəmləşmişdi. Onlar əsl peşəkar idi. Buna görə, onları motivasiya etməkdə çətinlik çəkmədim. Mövsümün ilk yarısında komandaya kömək olan, uğurlamızda pay sahibi olmuş iki oyunçu - Ruslan Abışov və Ağabala Ramazanova da təşəkkür edirəm. Onlar qışdan sonra komandadan ayrılsa da, ilk iki dövrədə qazanılan nəticələrdə böyük pay sahibi oldular".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.