Qol.Az

"Ançelotti yaxşı öpüşür" - Şəkil

[10.04.2017]
"Ançelotti yaxşı öpüşür" - <b style="color:red"> Şəkil</b>

"Bavariya"nın futbolçusu Frank Riberi maraqlı açıqlama verib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Bundesliqanın son turunda "Borussiya"ya qalib gəldikləri matçın  74-cü dəqiqəsində əvəzlənən 34 yaşlı yarımmüdafiəçi  baş məşqçi Karlo Ançelottinin bu qərarına əsəbləşib.  Ançelotti isə Riberinin könlünü almaq üçün onun yanağından öpüb.

Oyundan sonra jurnalistlərə açıqlama verən Riberi Ançelottinin onu öpməsinin xoş olduğunu deyib: "Ançelotti ilə yaxşı əlaqəmiz var. Hər ikimiz bir-birimizə güvənirik. Onun məni öpməsi çox gözəl və duyğulu bir an idi. Deyərdim ki, o, yaxşı öpüşür".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.