Qol.Az

"Sumqayıt"dan qələbə, "İnter"dən heç-heçə

[10.04.2017]
"Sumqayıt"dan qələbə, "İnter"dən heç-heçə

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulub.

Qol.az-ın xəbərinə görə, son oyun gününə nəzərdə tutulan hər iki görüş başa çatıb.

İlk olaraq “Zirə” “İnter”i qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da "İnter" ən azı bürünc medalı özü üçün təmin edib. Zaur Svanadzenin komandasının ikincilik şansı da qalır.

Digər qarşılaşmada isə AZAL “Sumqayıt”ı qəbul edib. Matç Samir Abasovun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.



 

10 aprel

Topaz Premyer Liqası, 25-ci tur

17:30.AZAL – "Sumqayıt” - 1:2
Qollar:
Amil Yunanov, 22 (0:1), Ruslan Əmircanov, 41 (1:1), Mirabdulla Abbasov, 64 (1:2)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
"AZAL Arena”

15:00."Zirə” – "İnter” - 1:1
Qol:
Rauf Əliyev, 12 (0:1), Riçard Qadze, 19 (1:1)
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu





9 aprel

20:30. “Qarabağ” - “Qəbələ” - 0:0

16:00. “Kəpəz” - “Neftçi” - 2:0


N Klublar O Q H M T-F X
1 Qarabağ 25 16 5 4 39-12 53
2 Qəbələ 25 13 10 2 43:14 49
3 İnter 25 11 10 4 36:25 43
4 Zirə 25 8 8 9 22-25 32
5 Sumqayıt 25 8 7 10 24-31 31
6 Kəpəz 25 6 9 10 19-26 27
7 Neftçi 25 8 2 15 19-40 26
8 AZAL 25 1 7 17 12-41 10


Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Rauf Əliyev ("İnter") - 9 qol,  Baqali Dabo ("Qəbələ") - 7 qol, Dino Ndlovu ("Qarabağ") - 7 qol


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.