Qol.Az

AFFA İcraiyyə Komitəsinin qərarları

[15.03.2017]
AFFA İcraiyyə Komitəsinin  <b style="color:red">qərarları </b>

Bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərarlar açıqlanıb.

Qol.az-ın xəbərinə görə, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Qərarlara əsasən, danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərar qəbul olunması İntizam Komitəsinə tövsiyə edilib.
 
Vüqar Məmməd U-15 və U-16, Mirbağır İsayev U-17, Təbriz Həsənov U-19 üzrə Azərbaycan yığmalarının baş məşqçisi təyin olunub. Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi Nilson Dos Santos Machadoya (Biro Jade) həvalə olunub.
 
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək U-23 Azərbaycan yığmasının (1994-95-ci il təvəllüdlü) baş məşqçisi vəzifəsi Yaşar Vahabzadəyə həvalə edilib.
 
Bundan başqa, qərara əsasən, futbol veteranları Səməd Qurbanov, Asəf Namazov, Rafiq Mirzəyev,  Abdulla Məmmədov, Məzahir Süleymanzadə,  Rafiq Quliyev və Rafiq Yusubov AFFA-nın təqaüdü veriləcək.

Hakimlər Komitəsinin tərkibi aşağıdakı şəkildə təsdiqlənib:

- Futzal və Çimərlik futbolu üzrə komissiya: Elçin Səmədli

- Hakimlərin fiziki hazırlığı üzrə komissiya: Namiq Quliyev

- Metodiki-Tədris Komissiyası: Ceyhun Haşımov

- Təyinat Komissiyası: Kərim Ağayev

- Məsul katib: Nizami Şərifov

Hakim-İnspektorlar Komitəsinin üzvü Bəşir Əliyev komitə üzvlüyündən xaric olunub. Şahin Cəfərov Hakim-İnspektorlar Komitəsinin üzvü təyin edilib.

AFFA-nın yanında Media Komitəsinin fəaliyyət müddəti uzadılıb.
 
İclasda “İnter” PİK-in AFFA-nın müvəqqəti idarəçiliyinə götürülməsi ilə bağlı baş katibliyin hesabatı dinlənilib


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.