Qol.Az

Burak Yılmaz əməliyyat olundu

[15.03.2017]
Burak Yılmaz əməliyyat olundu Türkiyə millisinin və Çinin “Beytzin Qoan” klubunun futbolçusu Burak Yılmaz bir müddət meydana çıxa bilməyəcək.

Qol.az-ın xəbərinə görə, qasıq nahiyəsində yırtıq aşkarlanan hücumçu əməliyyat olunub. Bu səbəbdən o, Türkiyə millisinin Finlandiya və Moldova ilə yoldaşlıq matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu yenicə start götürən Çin superliqasında 2 oyuna 2 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.