Qol.Az

200-cü qolla qırılan seriya

[15.03.2017]
200-cü qolla qırılan seriya

“Qəbələ” Azərbaycan çempionatlarında 200-cü səfər qolunu buraxıb. Topaz Premyer Liqasının XXII turunun “Neftçi” ilə matçında meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran top “qırmızı-qaralar” üçün mənfi mənada yubiley xarakteri daşıyıb.

Namiq Ələsgərovun bu qolunadək “Qəbələ” rəqib meydanlarında 199 top buraxmışdı. Bu, səfərdəki 164-cü matça təsadüf edib. “Qəbələ” orta hesabla hər oyunda 1,22 topa üzülüb.

“Neftçi” ilə görüşdə buraxılan qolla Roman Qriqorçukun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 2017-ci ildə ilk dəfə uduzan əyalət təmsilçisi sonuncu dəfə XIII turda xalsız qalmışdı. Ötən il noyabrın 29-da keçirilən “Qarabağ”la səfər oyununda 1:2 hesabı ilə yenilən qəbələlilər 105 gündən sonra meydanı məğlub tərk edib. Bu müddətdə komanda 5 qələbə qazanıb və 3 heç-heçə edib.

Mənbə: pfl.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.