Qol.Az

Bədavi 150-ə çatdı

[15.03.2017]
Bədavi 150-ə çatdı Topaz Premyer Liqasının XXII turu "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üçün əlamətdar olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, milli komandamızın üzvü ölkə çempionatında 150-ci oyununu keçirib.

Yubileyi AZAL üzərində 1:0 hesablı qələbəyə təsadüf edən müdafiəçi bu müddətdə 1 qol vurub. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Hüseynov öncə “Sumqayıt”da (26 oyun), sonra “Qarabağ”da (124 oyun, 1 qol) forma geyinib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.