Qol.Az

UEFA Azərbaycandakı satılmış oyunu açıqladı

[15.03.2017]
UEFA Azərbaycandakı satılmış oyunu açıqladı Azərbaycan I divizionunda keçirilən "Göyəzən" - "Şərurspor"  oyununun (3:3) nəticəsi əvvəlcədən razılaşdırılıb.

Qol.az-ın xəbərinə görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, UEFA-dan bununla bağlı AFFA-ya məktub gəlib:

"Bəli martın 9-da keçirilən "Göyəzən" - "Şərurspor" matçı satılıb. Biz hardan  bilərdik ki, Qazaxda keçirilən oyun qumara qoyulacaq. Məsələ ilə bağlı ciddi tədbirlər görəcəyik".

Qeyd edək ki, hazırda "Şərurspor" 25 xalla 9-cu, "Göyəzən" isə 7 xalla 13-cü pillədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.