Qol.Az

"Yuventus"dan "Arsenal"a təklif

[03.03.2017]
"Yuventus"dan "Arsenal"a təklif

"Yuventus" "Arsenal"ın futbolçusu Aleksis Sançesi transfer etmək istəyir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin təmsilçisi çilili oyun üçün "Arsenal"a 30 milyon avro təklif edib.

Qeyd edək ki, A.Sançeslə "İnter" və PSJ maraqlanır. O, bu mövsüm 25 oyunda 17 qol vurub və 9 qolun ötürməsini verib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.