Qol.Az

İnzagi “Latsio”da qalır

[03.03.2017]
İnzagi “Latsio”da qalır “Latsio” rəhbərliyi baş məşqçi Simone İnzagi ilə əməkdaşlıqdan məmnundur.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, tezliklə gənc məşqçi ilə yeni müqavilə imzalanacaq.

“Latsio” İnzagi ilə müqaviləni 2019-cu ilin yayına qədər uzatmaq və onun əmək haqqısını artırmaq istəyir.

Qeyd edək ki, 40 yaşlı mütəxəssis 2016-cı ilindən “Latsio”ya rəhbərlik edir. Hazırda onun rəhbərliyi altında Roma təmsilçisi 26 turdan sonra 5-ci pillədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.