Qol.Az

"Qəbələ"yə keçməklə səhv etdim" - Dorinel Muntyanu

[01.03.2017]
"Qəbələ"yə keçməklə səhv etdim" - <b style="color:red"> Dorinel Muntyanu</b>

"Qəbələ"nin sabiq rumıniyalı baş məşqçisi Dorinel Muntyanu ölkəsinin mətbuatına müsahibə verib.

Qol.az-ın məlumatına görə, o, müsahibəsində Azərbaycana gəlişini isə yanlış addım hesab edib: "Yenidən çalışmaq istəyirəm. Almaniya və ya qızım Byankanın işlədiyi Hollandiyada ola bilər. Təbii ki, indiki məqamda bu, çətindi. Çünki çox məşqçi orda iş axtarır. Mənim karyeramla bağlı səhvim Azərbaycan və İraqdan gələn təklifi qəbul etmək olub. Rumıniya yaxşıdır, burdan təkliflər var. Ancaq maliyyə baxımından problemlər mövcuddur".
 
Qeyd edək ki, Dorinel Muntyanu 2014/2015 mövsümünün ilk yarısında "Qəbələ"nin baş məşqçisi olub və komandanın uğursuz çıxışı səbəbindən istefaya göndərilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.