Qol.Az

Azarkeşlər Poqbaya boşqab atdılar

[01.03.2017]
Azarkeşlər Poqbaya boşqab atdılar

"Mançester Yunayted"in futbolçusu Pol Poqba ilə klubun azarkeşləri arasında xoşagəlməz hadisə baş verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dostları ilə birgə restoranlardan birinə gedən fransalı yarımmüdafiəçidən bir neçə azarkeş avtoqraf verməsini istəyib. Ancaq Poqba bundan imtina edib. Əsəbləşən azarkeşlər Poqbanın üzərinə boşqab atıblar. Hətta oyunçuya hücum çəkməyə də çalışıblar. Restoranın işçilərinin müdaxiləsi ilə davanın qarşısı alınıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.