Qol.Az

Vaqif Cavadovun yeni klubu rəsmiləşdi

[09.02.2017]
Vaqif Cavadovun yeni klubu rəsmiləşdi Millimizin sabiq hücumçusu Vaqif Cavadovun yeni klubu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, o, karyerasını AZAL-da davam etdirəcək. Klubun mətbuat xidməti məlumatı təsdiqləyib. 28 yaşlı futbolçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, “Sumqayıt”dan ayrıldıqdan sonra qış fasiləsini klub axtarmaqla keçirən Vaqif Cavadovun adı Rusiya klubları ilə hallanırdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.