Qol.Az

"Müdafiə xəttində çox pis çıxış etdik" - Svanadze

[09.02.2017]
"Müdafiə xəttində çox pis çıxış etdik" - <b style="color:red">Svanadze</b>

"Kompleks şəkildə yaxşı oynamadıq. Xüsusilə müdafiə xəttində çox pis çıxış etdik. Ümid edirəm ki, növbəti oyunlarda bu vəziyyəti düzəldərik. Deyəsən, “Neftçi”yə qarşı kompleks yaranıb. Çempionatda son iki məğlubiyyəti bu komandaya qarşı oyunlarda almışıq. Hesab 1:2 olduğu zaman yaxşı şanslarımız var idi. Ancaq dəyərləndirə bilmədik. Bu futboldur. Qarşıdakı oyunlara hazırlaşacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 17-ci turunda "Neftçi" ilə oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Elnur Abdullayevin yoxluğu komandaya necə təsir göstərdi?

- Ruslan Abışovun getməsindən sonra dayaq yarımmüdafiəçimiz yoxdur. Buna görə, Skarlatakeni irəli çəkmişdik.

- Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra komandada ruh düşkünlüyü yaranmayıb ki?

- Xeyr, belə deməzdim. Sadəcə, komandada “Neftçi”yə qarşı sindrom yaranıb. Peşəkar futbolçu meydana çıxan zaman hər şeyi unudur, yalnız oyuna köklənir.

- Bukmeker kontorlarında oyundan öncə “Neftçi”nin qələbəsin daha çox pul qoyulub. Futbolçularınızın bu oyunu vermək ehtimalı nə dərəcədədir?

- Xeyr, mənim komandam belə şeylərə əl atmır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.