Qol.Az

"Neftçi" çox dəyişib" - Elxan Abdullayev

[09.02.2017]
"Neftçi" çox dəyişib" - <b style="color:red">Elxan Abdullayev</b>

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqanın 17-ci turunda  “İnter”lə oyundan (3:1) sonra mətbut konfransı keçirib. Qol.az-ın məlumtına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Komandamı təbrik edirəm. Bu 3 xal bizə çox lazım idi. Yeni ildən sonrakı ilk iki görüşdə qələbə qazana bilməmişdik. İlk hissədə erkən qol vursaq da, bir ara problem yaşadıq. Amma ikinci hissədə gözəl futbol oynadıq. Hücumçularımızın qol vurmasına çox sevindim. Potensialımız var, daha yaxşı oyun göstərmək olar.

- Bu oyunla 4-cü pilləyə qalxmaq perspektiviniz nə qədərdir?

- Fasilədən əvvəl futbolçularıma deyirdim ki, nə vaxtsa itirilən xallar bizə lazım olacaq. 3 xala görə vuruşacağıq. Biz öz oyunumuzu göstərib qələbələrimizi qazanmağa çalışacağıq.

- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?

- Çətin oyun olacaq. Amma qələbə qazanmağa çalışacağıq.

- Düşünmək olarmı ki, “Neftçi” tamamilə dəyişib.

- Bəli, çox dəyişib. Futbolçular özlərinə inamlı çıxış edirlər. Buraxılan qola görə qapıçımızı qınamıram. Çoxdandı oynamır, praktika baxımdan problemi var. Təəssüf ki, mövsümün əvvəlində bu heyətlə oynamırdıq.

- Bugünkü “Neftçi” sizin tam görmək istədiyiniz komandadır?

- Əlbəttə, xeyr. Biz üzərimizdə çox işləməliyik. Heç bir məşqçi tam razı qala bilməz.

- Bu gün limitə görə Maksim Vaylonu oynatdınız. Bu problem nədən qaynaqlanır?

- Bizdə 5 zədəli yerli futbolçu var. Baykoviç sözsüz ki, Vaylodan güclüdür. Amma onu qınamırıq. Çalışacağıq, gələn matçlarda da ona şans verək.


 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.