Qol.Az

Elxan Məmmədov üçün 12 rəqib - siyahı

[09.02.2017]
Elxan Məmmədov üçün 12 rəqib - <b style="color:red"> siyahı</b> UEFA-nın İcraiyyə Komitəsinə namizədlərin siyahısı açıqlanıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 8 vakant yer üçün 13 namizəd var.
 
AFFA-nın baş katibi Elxan Məmmədovun da daxil olduğu namizədlərin siyahısını təqdim edirik:

Zibiqnev Bonek (Polşa), Kayrat Boranbaqey (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Kiran Okonnor (Uels), Mişel Uva (İtaliya), Elxan Məmmədov, (Azərbaycan), Sərvət Yardımçıdı (Türkiyə), Devid Hill (İngiltərə), Marios Lefkalitis (Kipr), Maykl van Praaq (Hollandiya).
 
Qeyd edək ki, İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA-nın növbəti konqresində baş tutacaq. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.