Qol.Az

“İstefa zəiflik əlaməti olar” – Şahin Diniyev

[09.02.2017]
“İstefa zəiflik əlaməti olar” – <b style="color:red"> Şahin Diniyev</b>

"Uşaq səhvlərindən qol buraxdıq. Fərdi səhvlər hesabın böyük olmasına səbəb oldu. Fasilədən sonra nəticəni dəyişmək istıəsək də alınmadı. Deyiləsi bir şey yoxdu. "Qara zolağa”a düşmüşük. Gələcək matçlara hazırlaşmalıyıq. Komanda psixoloji cəhətdən sınıb, təzyiq altından çıxa bilmir. Bu oyunda rəqib daha istəkli idi".

Qol.az-ın "Sportnet.az"a istinadən yaydığı xəbərə görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev səfərdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

- Uduzacağınız halda istefa verəcəyiniz deyilirdi...

- Komandanı belə vəziyyətdə qoyub getmək istəmirəm. Çünki zəiflik əlaməti olardı. Sona qədər vuruşmaq lazımdır.

- Əli Nurinin əvəzlənməsi nə ilə bağlı idi?

- Müdafiəçilərmizin olmaması təsirini göstərir. Gənc oyunçudur, bir az həyəcanlı idi, oyun planında axsamaları var idi deyə əvəzlədik, amma ona gələcəkdə şans verəcəyəm.

- İstefanızla bağlı çox söhbətlər gəzir. Sizcə, gedişinizi kimlər istəyir?

- Bilirəm kimlərdir, bir yerdən idarə olunurlar. Mənim istefa mədəniyyətim var, sadəcə, sona 11 tur qalmış gedişim nəyisə dəyişəcəksə, bunu edərəm. Çalışacağam dönüş edək.

- Kərim Diniyev oğlunuz olduğuna görə ona üstünlük verdiyinizi deyənlər çoxdur. Ehtiyatda ondan yaxşı futbolçu varmı?

- Bu, uşaq söhbətidir, şəxsi-qərəzlilikdir. Kərim bu gün ən yaxşılardan idi. Hamı yaradıcı futbolçu istəyir, amma yaratmaq üçün dağıdıcı futbolçu olmalıdır. Bayaq dediyim 1-2 insandır ki, bu cür fikirləri yayır. Onları da Allaha tapşırıram.

- "Qarabağ”la oyun Gəncədə olacaq?

- Meydanımız bəlkə 30-40 ildir dəyişdirilmir. "Zirə” ilə matçda meydana çıxsaydıq, ot örtüyü məhv olardı. Vəziyyət hələ ki, naməlumdur, hava şəraitnə əsasən qiymət veriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.