Qol.Az

"Neftçi" uddu, "Kəpəz" uduzdu

[09.02.2017]
"Neftçi" uddu, "Kəpəz" uduzdu

Bu gün Topaz Premyer Liqada 17-ci tura yekun vurulub.

Qol.az-ın xəbərinə görə, günün ilk oyunu Sumqayıtda keçirilib. Eyniadlı komanda mövsümün ikinci yarısına olduqca uğursuz start verən "Kəpəz"i qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Kəpəz"in ardıcıl 4-cü məğlubiyyətidir. 

Turun son matçı isə "İnter Arena"da oynanılıb. 2 paytaxt klubunun mübarizəsində "İnter" "Neftçi"ni sınağa çəkib və 1:3 hesabı ilə uduzub. 

Qeyd edək ki,

9 fevral (cümə axşamı)

Azərbaycan Premyer Liqası, XVII tur

17:30.“İnter” – “Neftçi” - 1:3
Qollar:
Daniel Seqoviya, 13 (0:1), Namiq Ələsgərov, 17 (0:2), Rauf Əliyev, 35 (1:2), Herrera Fernandes, 58 (1:3)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov

15:00.“Sumqayıt” – “Kəpəz” - 3:1
Qol:
Sergey Çernışev, 7 (1:0), Azər Salahlı, 28 (2:0), Məhəmməd Qurbanov, 61 (3:0), Kərim Diniyev, 71 (3:1)
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov


8 fevral (çərşənbə)

“Qarabağ” – “Zirə” - 2:0

“Qəbələ” – AZAL - 2:0



N Klublar O Q H M T-F X
1 Qarabağ 17 12 3 2 31-7 39
2 Qəbələ 17 11 5 1 35-8 38
3 İnter 17 7 8 2 28-18 29
4 Sumqayıt 17 5 7 5 19-22 22
5 Zirə 17 6 3 8 14-18 21
6 Kəpəz 17 3 6 8 12-21 15
7 Neftçi 17 4 1 12 13-33 13
8 AZAL 17 1 5 11 8-31 8

Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 9 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.