Qol.Az

Eden Azardan Mourinyonu qəzəbləndirəcək açıqlama

[28.12.2016]
Eden Azardan Mourinyonu qəzəbləndirəcək açıqlama

“Hazırkı “Çelsi” 2014/15 mövsümündə Joze Mourinyonun baş məşqçisi olduğu komandamızdan daha güclüdür”.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, bu sözləri “Çelsi”ni yarımmüdafiəçisi Eden Azar deyib.

“Hazırkı komanda əvvəlkindən daha yaxşıdır. İndi biz özümüzə inanırıq və hər oyunda qalib gəlirik. Biz əvvəl nail ola bilmədiyimiz uğurları qazanmaq istəyirik. Əgər şərait yaransa, biz futbol tarixinə düşəcəyik” – deyə belçikalı futbolçu bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.