Qol.Az

“Messi ilə Ronaldo arasında fərq çox azdır” – Maradona

[28.12.2016]
“Messi ilə Ronaldo arasında fərq çox azdır” – <b style="color:red">Maradona</b>

Əfsanəvi futbolçu Dieqo Maradona Lionel Messi ilə Kriştiano Ronaldo arasında müqayisə aparıb.

Qol.az-ın “Tuttomercatoweb” saytına istinadən yaydığı xəbərə görə, Maradona bu futbolçulardan hansının daha güclü olması ilə bağlı sual ünvanlanıb.

Cavabında o deyib: “Bu iki futbolçudan hansının güclü olduğunu söyləmək çətindir. Messi ilə Ronaldo arasında fərq çox azdır. Onlardan hər biri təkbaşına uğur qazana bilər. Bu sözlərim həmçinin Neymara da aiddir”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.