Qol.Az

Çin indi də hakim transfer edir

[28.12.2016]
Çin indi də hakim transfer edir

Səs-küylü bahalı futbolçu transferlərilə diqqət mərkəzinə düşən Çin super liqası bu dəfə Avropanın ünlü hakimlərini transfer etmək fikrinə düşüb.

Qol.az-ın Britaniyanın “Daily Mirror” nəşrinə istinadən yaydığı xəbərə görə, super liqa ingiltərəli FİFA referisi Mark Klattenburqu Çində hakimliyə cəlb etmək istəyir. Bununla bağlı tərəflər arasında danışıqlara başlanacağı iddia edilib.

Qeyd edək ki, Klattenburq bu ilin yekunlarına əsasən dünyanın ən yaxşı hakimi seçilib.

Əlavə edək ki, bu il Çin klubları Halk, Oskar, Cekson Martinez, Jervinyo kimi futbolçuları transfer edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.