Qol.Az

İlin idman klubu – “Qəbələ”!

[28.12.2016]
İlin idman klubu – <b style="color:red">“Qəbələ”!</b>

“Qəbələ” İdman Klubu Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıb.

Qol.az-ın məlumatına görə, “Qəbələ” "2016-cı ilin ən yaxşı idman klubu" adına layiq görülüb.

Buna idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsi, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının əldə etmiş olduğu ilk və bir çox lisenziyanı, o cümlədən medalları qazanması, digər idman uğurları səbəb olub.

Bununla yanaşı, Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə fəxri diplomla təltif edilənlər sırasında boksçularımız Kamran Şahsuvarlı və Lorenzo Sotomayor, həmçinin taekvondoçumuz Milad Beiqi Harçeqani də olub. Karate üzrə dünya çempionu Rafael Ağayev “İlin ən yaxşı idmançısı” nominasiyasındakı qaliblərdən biri kimi təltif edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.