Qol.Az

“Lester” transferlərə 30 milyon ayırdı

[28.12.2016]
“Lester” transferlərə 30 milyon ayırdı

“Lester Siti” qış transfer pəncərəsi üçün 30 milyon funt (təqribən 36 milyon avro) ayırıb.

Qol.az-ın xəbərinə görə, bu haqda “The Telegraph” məlumat yayıb. Premyer Liqanın son qalibinin bu mövsüm uğursuz çıxışından sonra klub rəhbərliyi baş məşqçi Klaudio Ranyerinin heyəti gücləndirməklə bağlı təşəbbüsünü dəstəkləyib.

Xatırladaq ki, hazırda “Lester” turnir cədvəlində 16-cı yeri tutur. Bu mövqe isə Premyer Liqanı tərk etmək zonasına yaxındır.

Bildirilir ki, “Lester” “Sportinq”dən yarımmüdafiəçi Andrien Selva, “Genk”dən Vilfred Ndidini almaq fikrindədir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.