Qol.Az

Bakının mərkəzindəki stadionumuz – Tarixin şəkli

[28.12.2016]
Bakının mərkəzindəki stadionumuz – <b style="color:red">Tarixin şəkli</b>

Bu şəkil Bakının mərkəzində çəkilib. 1949-cu ildir. Bir tərəfdə indi də paytaxtımızın gözəl memarlıq rəmzlərindən olan Hökumət Evinin yerləşdiyi binadır. Futbol oynanılan yer isə stadiondur. “Dinamo” stadionu. Orada indi məşhur “Hilton” oteli yerləşir. Bu şəklin çəkildiyi dövrdə isə “Neftyanik”, yəni hazırkı “Neftçi” SSRİ çempionatında rəqiblərini qəbul edirdi.

1951-ci ildə Lenin stadionu (indiki Tofiq Bəhramov adına stadion) istifadəyə verildikdən sonra “Neftyanik” oyunlarını “Dinamo”dan köçərək bu arenada keçirməyə başlayıb.

Şəkillər “Neftçi” 70 – Unudulmayan keçmiş” kitabından götürülüb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.