Qol.Az

Əliyar Ağayevin idarə etdiyi oyunda Balotelli olmayacaq

[23.11.2016]
Əliyar Ağayevin idarə etdiyi oyunda Balotelli olmayacaq

"Nitsa"nın futbolçusu Mario Balotelli Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Şalke" ilə oyunu buraxacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb italiyalı hücumçunun məşq zamanı zədələnməsidir.

Qeyd edək ki, "Nitsa" - "Şalke" görüşü sabah keçiriləcək. Oyunu azərbaycanlı hakim Əliyar Ağayev idarə edəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.