Qol.Az

“Əminik ki, Messi karyerasını “Barselona”da bitirəcək”

[16.11.2016]
“Əminik ki, Messi karyerasını “Barselona”da bitirəcək”

“Barselona”nın prezidenti Xosep Bartomeu Lionel Messinin klubla yeni müqavilə imzalamaq istəməməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın klubun rəsmi tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, o, argentinalı hücumçunun “Barselona”da qalacağına əmin olduğunu deyib:

“Biz əminik ki, Messi karyerasını “Barselona”da başa vuracaq. O, komandamızda çıxış etdiyi illər ərzində bizə çox uğurlar qazandırıb”.

Qeyd edək ki, Messinin "Barsa" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.