Qol.Az

“Qəbələ” italiyalıları necə təəccübləndirdi?

[16.11.2016]
“Qəbələ” italiyalıları necə təəccübləndirdi?

İtaliyanın “Stadiosport” saytı “Qəbələ”nin bu mövsümkü çıxışına dair yazı dərc edib.

Qol.az-ın xəbərinə görə, “Təzədlı “Qəbələ” başlıqlı yazıda qeyd edilib ki, Avropa Liqasının qrup mərhələsində böyük futbol ənənələri olmayan ölkələrdən, məsələn, Azərbaycandan komandalar oynayır.

“Son illər Azərbaycan futbolunun inkişafını qeyd etməklə yanaşı, “Qəbələ”nin bu mövsümkü təzadlı çıxışlarını toxunmaya bilmirik. Roman Qriqorçukun komandası hazırda 25 xalla Azərbaycan Premyer Liqasında lider olsa da, Avroliqanın qrupunda sonuncu yerdədir və bir xal belə toplaya bilməyib. “Qəbələ”dən fərqli olaraq, Azərbaycanın digər təmsilçisi, “Fiorentina” ilə eyni qrupda yer alan “Qarabağ” isə 1/16 finala çıxmağa yaxındır”.

Bütün bunlara diqqət çəkən qəzet yazır ki, Avropa miqyaslı yarışlarda islahatlara ehtiyac var.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.