Qol.Az

“Barselona”da yeni baş sponsor

[16.11.2016]
“Barselona”da yeni baş sponsor

“Barselona” yeni baş sponsoru ilə müqavilə imzalayıb.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Bildirilib ki, Yaponiyanın “Rakuten” şirkəti ilə dörd illik müqavilə imzalanıb. Müqavilə 2017/18 mövsümünün əvvəlindən qüvvəyə minəcək. Rəsmi razılığa əsasən, Kataloniya klubunun formasının üzərində sözügedən şirkətin adı yazılacaq. Müqavilənin maddi dəyəri haqda rəsmi məlumat verilməyib.

“El Mundo Deportivo” qəzeti isə yazıb ki, “Barselona” bu əməkdaşlıqdan illik 50-60 milyon avro gəlir götürəcək.

Qeyd edək ki, hazırda “Barselona”nın baş sponsoru “Qatar Airways” şirkətidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.