Qol.Az

"Final mərhələsinə düşmək şansımız qalır" - Prosineçki

[15.11.2016]
"Final mərhələsinə düşmək şansımız qalır" - <b style="color:red"> Prosineçki</b>

"Şimali İrlandiya bizə standart vəziyyətdən 3 qol vurdu. Təmiz qələbə qazandılar. Buna görə də onları yalnızca təbrik edə bilərəm. Rəqib ucaboylu və çox güclüdür. Bu məğlubiyyət o qədər də inandırıcı görünməsə də, arada belə hallar yaşanır".

Qol.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prsoniçeki Xorvatiya mətbuatına açıqlamasında bildirib.

Xorvatiyalı mütəxəssis öz ölkəsindəki həmkarlarımıza millimizin 2018-ci il Rusiyadakı dünya çempionatının final mərhələsinə düşmək şansının qaldığını söyləyib: "Bu şansını hələ də saxlayırıq. Qrupdakı ən önəmli rəqiblərimizdən biri Şimali İrlandiyadır və onlar AVRO-2016-da iştirak ediblər”.

Prosineçki Şimali İrlandiyanın Xorvatiya ilə oynayacağı sabahkı yoldaşlıq matçına da toxunub. Onun fikrincə, qrupdakı rəqibi həmyerlilərini təəccübləndirə bilər: "Çünki boyları 190 santimetrdən hündür olan futbolçuları çoxdur. Bu həmyerlilərim üçün böyük problem olacaq. Rəqib komanda həm də topa çox yaxşı yüksələ bilir. Düşünürəm ki, Xorvatiya millisi İslandiyanı məğlub etdikdən sonra Şimali İrlandiyanı da udaraq qələbə seriyasını davam etdirəcək. Təbii ki, son nəticədə dostluq qazansın istəyirəm. Belfastdakı oyun bəzi futbolçular üçün yaxşı sınaq olacaq” (sportnet.az).


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.