Qol.Az

İngiltərənin əsas millisində 17 yaşlı oyunçu

[14.11.2016]
İngiltərənin əsas millisində 17 yaşlı oyunçu

İngiltərənin A milli komandasına 17 yaşlı futbolçu cəlb olunub. Qol.az-ın “Daily Mail” nəşrinə istinadən yaydığı xəbərə görə, bu, “Tottenhem”in yarımmüdafiəçisi Dilan Dunkandır.

Qeyd edək ki, “Tottemhem”li başqa oyunçu Harri Keyn millinin heyətindən kənarlaşdırıldıqdan sonra yeniyetmə futbolçu komandaya çağırılıb.

Əlavə edək ki, yeniyetmə futbolçuların millinin məşqlərinə dəvət edilməsi təcrübəsi İngiltərədə uzun illərdir mövcuddur.

Xatırladaq ki, sabah İngiltərə millisi “Uembli” stadionunda İspaniya ilə yoxlama oyunu keçirəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.