Qol.Az

AFFA-dan Elxan Məmmədovla bağlı - yeni qərar

[14.11.2016]
AFFA-dan Elxan Məmmədovla bağlı - <b style="color:red">yeni qərar</b>

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.

Aparılmış müzakirələrən sonra AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.

Bundan başqa, nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunması tapşırılıb.

AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilməsi qərara alınıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.