Qol.Az

Ronaldodan ömürlük müqavilə

[14.11.2016]
Ronaldodan ömürlük müqavilə

Portuqaliya millisinin və "Real”ın oyunçusu Kriştiano Ronaldo “Nike” firması ilə ömürlük müqavilə imzalayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, müqavilənin şərtlərinə əsasən, futbolçu bu əməkdaşlıqdan illik 24 milyon avro qazanacaq. 31 yaşlı futbolçu "Nike" şirkəti ilə ömrünün sonunadək müqavilə imzalayan üçüncü idmançı olub. Bundan əvvəl basketbolçular Maykl Cordan və Lebron Ceyms Amerika idman şirkəti ilə ömürlük müqaviləyə qol çəkmişdilər.

Ronaldu bu şirkətlə 2003-cü ildən əməkdaşlıq edir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.