Qol.Az

Süleymanov istefaya göndəriləcəkmi? - AFFA-dan açıqlama

[14.11.2016]
Süleymanov istefaya göndəriləcəkmi? - <b style="color:red">AFFA-dan açıqlama</b>

"Hamımız Nazim Süleymanova çox inanırdıq. AFFA rəhbərliyə hesabat veriləcək. Hədəflərimiz böyük idi". Bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Komitə sədri Nazim Süleymanovun baş məşqçisi olduğu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsindəki nəticələrindən danışıb: "Yığmamız qrupda üçüncü yeri tutdu. Ancaq bu elit mərhələyə yüksəlməyə kifayət etmədi. Məqsədimiz ildən-ilə yığmanın uğurlu nəticə qazanmasıdır. Uğursuzluğun səbəbini araşdırırıq".

V.Sadıqov baş məşqçinin istefaya göndərilməyəcəyini bildirib: "Nazim Süleyamnovun fevarala qədər müqaviləsi var və hazırda kiminsə vəzifəsindən getməsi müzakirə mövzusu deyil".

Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2017-ci Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda 3 xalla 3-cü pillədə yer alıb. Həmin qrupdan elit mərhələyə Avstriya və Bosniya və Herseqovina yığmaları yüksəlib. Bütün oyunlarda məğlub olan Litva isə qrup sonuncusu olub (sportnet.az).


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.