Qol.Az

Almaniya oyunumuz Respublika stadionunda - rəsmi

[14.11.2016]
Almaniya oyunumuz Respublika stadionunda - <b style="color:red">rəsmi</b>

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağı dəqiqləşib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb.

Bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.

Qeyd edək ki,  Azərbaycan – Almaniya oyunu 2017-ci il martın 26-da Bakıda keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.