
Dabo sıraya döndü
[14.11.2016]
“Qəbələ”nin bir müddətdir zədədən əziyyət çəkən futbolçusu Baqali Dabo sıraya dönüb.
Qol.az-ın məlumatına görə, fransalı hücumçu klubun əvəzedici komandası ilə yoxlama oyununda meydana çıxıb.
O, görüşdə 4 qol vurmağı da bacarıb.
Qeyd edək ki, Dabo bir ay əvvəl – Topaz Premyer Liqanın 8-ci turunda “İnter”lə oyunda zədələnmişdi.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.