Qol.Az

Qrizmann zədələndi

[13.11.2016]
Qrizmann zədələndi

Fransa millisinin futbolçusu Antuan Qrizmann zədələnib.

Qol.az-n xəbərinə görə, bu haqda Fransa Futbol Federasiyasının saytı məlumat yayıb. Sol ayağından zədə alan hücumçu Kot d ′İvuarla yoxlama oyununu buraxacaq.

Qeyd edək ki, millinin heyətindən çıxarılan Qrizmann baş məşqçisi Didye Deşamın qərarı ilə klubu “Atletiko”ya qayıdıb.

"Marca" qəzeti yazıb ki, Qrizmann zədəsinə görə La Liqanın 12-ci turunda "Real"la oyunu buraxa bilər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.