Qol.Az

Pepe 2 deyir, “Real” 1

[13.11.2016]
Pepe 2 deyir, “Real” 1

“Real”ın futbolçusu Pepe hələ də klubla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gələ bilməyib.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı oyunçu klubla yeni – 2 illik müqavilə bağlamaq istəyir. “Real” isə müddətin 1 il olmasına təkid edir. Amma futbolçunun çıxışından asılı olaraq, müqaviənin sonradan daha 1 il müddətinə artırılacağı variantı da var.

Qeyd edək ki,  Pepenin “Kral klubu” ilə qüvvədə olan müqaviləsi bu mövsümün sonu başa çatır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.