Qol.Az

“Qarabağ” gedir

[27.09.2016]
“Qarabağ” gedir

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Fiorentina” ilə qarşılaşacaq “Qarabağ” bu gün İtaliyaya yola düşəcək.

Bu haqda Qol.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Komanda axşam saatlarında çarter reysi ilə Florensiyaya yola düşəcək.

Sabah oyunun keçiriləcəyi stadionda Ağdam klubunun məşqi nəzərdə tutulub.

Xatırladaq ki, “Fiorentina” – “Qarabağ” oyunu sentyabrın 29-da keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.