Qol.Az

İngilttərə millisinin baş məşqçisi qovulur - korrupsiya qalmaqalı

[27.09.2016]
İngilttərə millisinin baş məşqçisi qovulur - <b style="color:red">korrupsiya qalmaqalı</b>

İngiltərə Futbol Federasiyası (İFF) ölkə millisinin baş məşqçisi Sem Ellardaysla bağlı araşdırmalara başlayıb.

Qol.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə  görə, buna səbəb 61 yaşlı mütəxəssisin korrupsiya tələsinə düşüb.

"The Telegraph" qəzetinin əməkdaşları onun korrupsiyada iştirakını üzə çıxarıblar. Jurnalistlər özlərini Sinqapur və Honkonqdann gələn biznesmen kimi təqdim edərək, Ellardaysla iki görüş keçiriblər. Onlar İngiltərə Premyer Liqasındakı transfer bazarından qeyri-qanuni yolla gəlir əldə etmək istədiklərini bildiriblər. O isə 400 min funt sterlinq qarşılığında onlara kömək etmək barədə razılıq verib.

İddialara görə, S.Ellardays sözügedən şəxslərə oyunçuların transferləri üzrə İFF-nin müəyyənləşdirdiyi "Üçüncü şəxsin oyunçuların hüquqlarına sahib olması qadağandır" qaydasından yayınma yollarını izah edib.

Qeyd edək ki, Sem Ellardaysın "biznesmenlər"lə danışıqları videoya çəkilib. Həmçinin bu görüşlə bağlı şəkil mətbuatda yayılıb. Bundan sonra İFF baş məşqçi ilə bağlı araşdırmaya başlayıb.

İngiltərə mətbuatı yazıb ki, İFF S.Ellardaysı etdiyi hərəkətə görə bu gün istefaya göndərəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.