Qol.Az

Əvvəl Qriqorçuk, sonra rəqibi

[26.09.2016]
Əvvəl Qriqorçuk, sonra rəqibi Sentyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununda “Qəbələ” Almaniyanın “Maynts” komandasını qəbul edəcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Maynts” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - sentyabrın 28-də saat 18:00-da arenanın media zalında start götürəcək.
 
İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və yarımmüdafiəçisi Asif Məmmədov çıxacaq. Saat 19:30-da isə Almaniya klubunun baş məşqçisi Martin Şmidt media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda baş tutacaq. “Maynts” saat 20:00-da 8-ci kilomter qəsəbə stadionunda, “Qəbələ” isə 19:00-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.